26 Noyabr 2022 12:01
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibənin 276-cı günündə də işğalçılar mülki obyektlərə zərbələr endirməkdən əl çəkmirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rus qoşunları hazırda öz səylərini Ukrayna ordusunun bölmələrinin hərəkətinin qarşısını almağa, Liman, Avdiv və Novopavlivdəki qruplaşmaları gücləndirmək üçün qüvvələrini yenidən qruplaşdırmağa yönəldib.

Eyni zamanda, cavab olaraq Ukrayna müdafiə qüvvələri rus işğalçılarının hücum cəhdlərini dəf edirlər. Xüsusilə, Luqansk vilayətində rusların çoxlu itkiləri qeyd olunub. Yerli morqa 200 meyitin aparıldığı bildirilib.

Baş Qərargahın məlumatına görə, Krasnıy Luç, Antrasit və Lutuqin qəsəbələrinin xəstəxanaları yaralı, morqlar isə həlak olmuş rus hərbçilərinin cəsədləri ilə doludur.

Rusiya ordusunun Zaporoje vilayətinin müvəqqəti ələ keçirilən hissəsindəki itkiləri də təsdiqlənib.

“Melitopolda onların silah-sursat anbarı məhv edilib, 50-yə yaxın hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Vasilivski rayonunda iki anbar dağıdılıb: 130-a qədər işğalçı yaralanıb, yeddi ədəd müxtəlif hərbi texnika da məhv edilib. Məhv edilmiş düşmən şəxsi heyətinin sayı dəqiqləşdirilir”, - məlumatda vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu