Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın qaytarılması ilə bağlı planın iflasa uğrayacağını proqnozlaşdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Zelenski deyir ki, onlar qalib gələcəklər və bütün torpaqlarını alacaqlar. O cümlədən, Krım... Mən belə bir planın iflasa uğrayacağına şübhə etmirəm”, - deyə nazir bildirib.
O, həmçinin Zelenskinin yarımadanın tarixini unutduğuna eyham vurub.
Qeyd edək ki, “Financial Times”a müsahibəsində Zelenski Krımın qeyri-hərbi yolla ölkəyə ilhaqını nəzərdə tutan variantları nəzərdən keçirmək və müzakirə etməkdən çəkinməyəcəyini bildirib.