Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya və Özbəkistanla üçtərəfli müttəfiqlik məsələsini nəzərdən keçirməyə hazır olduğunu, lakin mövzunu daha dərindən öyrənməyə ehtiyac duyduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə danışıb.
Qazaxıstan prezidentinin qeyd etdiyi kimi, noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin üçtərəfli ittifaqın yaradılması zərurətindən söhbəbt açıb və bu məsələni müzakirə etmək üçün Özbəkistan prezidenti Şavkat Mirziyoyevə zəng etməyi planlaşdırdığını bildirib.
“Biz də istənilən nəticələrə və razılaşmalara gəlmək üçün bu mövzunu dərindən öyrənməliyik. Prinsipcə, biz buna hazırıq. Niyə də olmasın?!”, – Tokayev bildirib.