29 Noyabr 2022 10:42
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətində Baxmutun cənubuna doğru irəliləsələr də, şəhəri mühasirəyə ala biləcəkləri inandırıcı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin fikrincə, geolokasiya görüntüləri rusların Baxmutdan təxminən 15 kilometr şimal-qərbdə yerləşən Ozaryanivka kəndini ələ keçirdiklərini göstərir. Rusiya mediası isə yazır ki, rus qüvvələri şəhərə yaxın daha bir neçə kəndi ələ keçirə biliblər. Həmin kəndlərə Kurdyumivka, Klişçivka, Andrivka, Zelenopilya, Pidqorodno və Şpirni daxildir.

“Hazırda bu iddiaları təsdiqləmək üçün açıq mənbələrdən heç bir sübut yoxdur. Rusiya mənbələri oktyabr ayından bəri davam edən informasiya müharibəsinin bir hissəsi kimi Baxmut ətrafında irəliləyişlə bağlı yalan iddialar yayır və son vaxtlar əsassız ərazi iddiaları bu davam edən informasiya müharibəsinin bir hissəsi ola bilər”, - ISW qeyd edir.

Amerikalı analitiklərin fikrincə, işğalçılar yuxarıda adları çəkilən kəndləri ələ keçirə bilsələr də, bu, Ukrayna Silahlı Qüvvələri üçün vacib olan T0513 (Baxmut-Siversk) və T0504 (Baxmut-Kostyantnivka) marşrutlarına təhlükə yaratmır. Bundan əlavə, qərb və şimal qonşu kəndlərdən Baxmuta aparan başqa yollar da var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər