30 Noyabr 2022 16:33
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terrorizmə qarşı mübarizədə müttəfiqlərimizdən dəstək gözləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Deyəcəyik ki, kölgə salmasınlar, kifayətdir. Başda ABŞ olmaqla bəzi müttəfiqlərin Suriyadakı terror təşkilatlarına dəstəyi göz qabağındadır. Bu dəstəklərə son qoymalıdırlar.

“Türkiyənin öz təhlükəsizliyini təmin etmək və terrorla mübarizə aparmaq hüququ var, amma...” deyərək, “beynəlxalq hüquq”dan, “mülki şəxslər”dən danışırlar. “Havadan vurun, qurudan girməyin” kimi Türkiyənin qarşısını almaq cəhdlərini görürük. Amma lazımi cavabları vermişik. Müttəfiqlərimizdən dəstək gözləyirik. Terrorçuları qurban kimi göstərən bəyanatları eşitmək istəmirik.

Meydanda mübarizədə bacarıqlı dövlətik, bunun öhdəsindən gələcəyik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər