30 Noyabr 2022 18:16
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya raket zərbələri endirmək niyyətindən əl çəkmir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Düşmən heç bir an Ukraynaya zərbə endirmək niyyətindən əl çəkmir. Amma bu gün vəziyyət kifayət qədər sakitdir. Rusiya Federasiyasının aviasiyası planlı uçuşlar həyata keçirir. Əgər “Kalibr” daşıyıcıları ilə Qara Dəniz Donanmasının qüvvə və vasitələri buraxılar, strateji, uzaqmənzilli bombardmançı təyyarələr havaya qalxarsa, o zaman bizim vəzifəmiz vaxtında xəbərdarlıq etməkdir”, - Vadim Skibitski deyib.

Onun sözlərinə görə, düşmən indi Ukraynaya qarşı yeni raket zərbələri endirməyə hazırlaşır:

“Birincisi, vurulan obyektlərin əlavə kəşfiyyatı. İkincisi, vurulacaq ərazilər, hədəflər öyrəniləcək. Üçüncüsü, bu, raketlərin hazırlanması, cəmləşdirilməsi, onların döyüş istifadəsinə hazırlanması, vaxt tələb edir”.


Müəllif: Nemət