Türkiyə Silahlı Qüvvələri (TSQ) “Pəncə-Qılınc” əməliyyatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, əməliyyatın quru hissəsi üçün hazırlıq işləri yekunlaşıb.
TSQ-nin Suriyanın şimalında aparacağı quru əməliyyatından əvvəl kritik hədəflər müəyyən edilib.
“Sabah”ın məlumatına görə, TSQ və Suriya Milli Ordusunun hədəfində Fərat çayının qərbindəki Təl Rıfat, Mənbiç və PKK/YPG terror təşkilatının mərkəzi sayılan Ayn əl-Ərəb var.
Türkiyə terror təşkilatının hədəflərini havadan vurarkən, digər tərəfdən ABŞ və Rusiya ilə masa arxasında diplomatik danışıqları davam etdirir.