1 Dekabr 2022 15:21
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalqının qəhrəmancasına müqaviməti və NATO müttəfiqlərinin misilsiz dəstəyi sayəsində Ukrayna mühüm uğurlar əldə edib. Bununla belə, Rusiyanı da zəif kimi qiymətləndirmək lazım deyil”.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Alyans rəhbəri Rusiyanın işğalının sürpriz olmadığını bildirib:

“Hücumdan aylar əvvəl NATO Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdığını göstərən məlumatları bölüşmüşdü. Diplomatik həll yolu tapmaq üçün bütün səylərimizə baxmayaraq, Putin planlarını davam etdirdi. NATO yaxşı hazırlanmışdı. Hücumdan bir neçə saat sonra müdafiə planlarımızı işə saldıq. Minlərlə qoşunu alyansın şərq cinahında yerləşdirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər