Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson növbəti ümumi seçkilərdə deputat seçilmək üçün yenidən namizədliyini irəli sürəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı keçmiş Baş nazirə yaxın mənbə təsdiqləyib.
Bildirilib ki, Conson 2024-cü ildə keçirilməsi gözlənilən növbəti seçkilərdə Uxbridge və South Ruislip seçki dairəsindən yenidən seçilmək üçün namizəd olacaq.
O, 2015-ci ildən Qərbi Londondakı seçki dairəsinin deputatıdır. 2017-ci ildə 5034, 2019-cu ildə isə 7210 səs çoxluğu ilə Boris Conson rəqiblərini məğlub edib.