2 Dekabr 2022 12:18
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 24-də genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyanın ümumi döyüş itkiləri barədə məlumatları yeniləyib.

Teleqraf.com xəbər verir ki, Rusiya ordusunun şəxsi heyəti arasında itkiləri 90 090 nəfərə çatıb.

Ötən sutka ərzində 650 rus hərbçisi məhv edilib.

“Düşmən sutka ərzində ən böyük itkiləri Baxmut və Liman bölgələrində verib”, - Baş Qərargah bildirib.

Fevralın 24-dən dekabrın 2-dək Rusiyanın Ukraynadakı hərbi itkiləri təxminən belədir:

Canlı qüvvə - 90 090 (+650) nəfər

Tank ‒ 2916 (+1) ədəd

Zirehli döyüş texnikası ‒ 5 883 (+6) ədəd

Artilleriya sistemi – 1905 (+1) ədəd

Yaylım atəş sistemi – 395 (+0) ədəd

Hava hücumundan müdafiə sistemi ‒ 210 (+0) ədəd

Təyyarə - 280 (+0) ədəd

Helikopter – 262 (+1) ədəd

Dron - 1564 (+2) ədəd

Qanadlı raket - 531 (+0) ədəd

Gəmi/kater ‒ 16 (+0) ədəd

Avtomobil və yük maşını - 4464 (+23) ədəd

Xüsusi texnika ‒ 163 (+0)


Müəllif: Mənsur Rəğbətoğlu