2 Dekabr 2022 15:49
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyat hazırlığı gündəmdə olarkən, Ankara-Dəməşq münasibətləri ilə bağlı Moskvadan diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Moskvanın Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında görüş təşkil etmək üçün çalışdığını açıqlayıb.

“Belə bir görüşün ümumilikdə müsbət və faydalı olduğunu düşünür və bu məsələ üzərində işimizi davam etdiririk”, - Rusiya rəsmisi deyib.

Noyabrın 23-də oxşar tonda açıqlama verən Lavrentyev Ərdoğanla Əsəd arasında həmişə görüş ehtimalının olduğunu söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər