5 Dekabr 2022 11:20
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və digər Qərb ölkələri Rusiyanı məhv etmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Moskvada müəyyən inciklik hiss edirlər, çünki orada hesab edirlər ki, Qərb dövlətləri Rusiyanı məhv etməyə çalışırlar.

“Düşünmürəm ki, bu, bizim niyyətimizdir. Bizim Fransada heç vaxt belə bir arzu olmayıb. Üstəlik, mədəni və tarixi baxımdan bizim yaxın münasibətlərimiz var. Biz isə həmişə Rusiya xalqına hörmət etmişik”, - Fransa prezidenti bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər