“Biz “Cənub axını” layihəsini Türkiyəyə verməklə Avropanı cəzalandırdıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.“Rəsmi Moskva bir daha baş verən hadisələrdən nəticə çıxartmalıdır. Rusiyanı incitmək olar. Ancaq onun sifətinə heç kəs zərbə vura bilməz. Biz Türkiyəni seçməklə Bolqarıstanı alçaltdıq. Onlar özlərini yaxşı aparmadılar. İndi qoy dolanmaq üçün pulu Avropa Komissiyasından alsınlar”, - deyə Rusiya prezidenti əlavə edib.
Qeyd edək ki, Putinin “Cənub axını” layihəsini dayandırması ABŞ tərəfindən sərt tənqid edilib.
ABŞ Dövlət Departamentinin rəsmisi Cennifer Psaki Rusiyanın energetika müharibəsinə başladığını vurğulayıb.
Daha ətraflı:http://atvxeber.az/news/politics/8022-biz-turkiyeni-secmekle-bolqaristani-alcaltdiq
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.