6 Dekabr 2022 10:09
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə Türkiyəyə müxalifliyi ilə tanınan keçmiş sosial-demokrat deputat Nalin Pekgül Baş naziri Ulf Kristerssona məktub göndərərək, NATO razılaşması çərçivəsində terrorçuların Ankaraya təhvil verilməsinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir Kristersson məktuba cavabda İsveçin terror bazasına çevrilməməli olduğunu bildirib və Türkiyənin terror hücumlarından qorunmaq hüququnu xatırladıb.

“Terrorizmdə, terrorun maliyyələşdirilməsində və ya digər cinayətlərdə əli olmayanların qorxacağı bir yer yoxdur. Bununla belə, İsveçdən başqa digər ölkələri hədəfə alıb-almamasından asılı olmayaraq, İsveçin terror bazasına çevrilməsinə icazə verməyəcəyik. Bizdə olduğu kimi Türkiyənin də terrordan qorunmaq hüququ var. Mən bu barədə həmişə açıq olmuşam”, - Baş nazir deyib.


Müəllif: Mənsur Rəğbətoğlu