6 Dekabr 2022 13:25
18 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında Ukrayna Prezidenti Vladimir Zelenskini təhqir edən şeir paylaşıb.

Teleqraf.com xəbər verir ki, Kadırov paylaşımında Zelenskini “amerikalı rejissorlar və mavi generallar tərəfindən idarə olunan kloun və sərxoş” adlandırıb.

Çeçenistan liderinin paylaşdığı şeirin bir bəndi belədir:

“Kloun rolları qarışdırdı,

Özünə gülür...

Sonuncu sərxoş,

Dəli kimi...”.

Kadırov Zelenskinin Ukraynanı vecinə almadığını deyir. Şeirin davamında qeyd olunur ki, “NATO ssenarisi”ni cidd-cəhdlə yerinə yetirən Ukrayna lideri özünü “nasist” və “ağlayan liberal” kimi göstərir, öz xalqının problemlərinə məhəl qoymur.

Şeirin müəllifi Zelenskinin əsirlikdə öləcəyini yazır. Amma Kadırov Ukrayna liderinə həsr olunmuş sətirlərin müəllifinin kim olduğunu açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər