6 Dekabr 2022 21:12
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı paketinin ayrılmasına mane olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Svoboda” radiosu məlumat yayıb.

“Gözlənildiyi kimi, bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirlərinin görüşündə Ukrayna üçün 18 milyard avro ilə bağlı “yaşıl işıq” yanmayıb”, - məlumatda deyilir.

Radio Aİ-nin bu cəhdinin Macarıstan tərəfindən bloklandığını iddia edir:

“Çox emosional debat olub. Mübahisə zamanı hamı Budapeşti tənqid edib, amma nəticə verməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər