ABŞ hökuməti Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təşviq etmir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Ukraynalıları Rusiya ərazisinə zərbə endirməyə təşviq etmirik və onlara belə zərbələr endirmək üçün imkan vermirik. Ancaq Rusiyanın ölkələrinə qarşı davam edən təcavüzü qarşısında ukraynalıların hər gün nələr yaşadıqlarını anlamaq vacibdir. Tərəfdaşlarımızla birlikdə onların özlərini, ərazilərini və azadlıqlarını müdafiə etmək üçün lazımi avadanlıqlara malik olmasını təmin etmək əzmindəyik”, - dövlət katibi vurğulayıb.
Rusiya ərazisindəki hərbi aerodromlara dron hücumu ilə bağlı suala Blinkenin cavabı belə olub: “Təbii ki, bununla bağlı xəbərləri görmüşük, amma məndə ətraflı məlumat yoxdur”.