Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Lavrentyev və onu müşayiət edən Rusiya nümayəndə heyətinin dekabrın 8-9-da İstanbulda olacağı gözlənilir.
Rusiya rəsmisi bundan əvvəl Türkiyənin Şimali Suriyadakı mümkün quru əməliyyatlarına etiraz edib.
Lavrentyev ikitərəfli və Astana formatı çərçivəsində Türkiyə ilə danışıqlar aparıldığını bildirib:
“Astana platformasından istifadə edərək türkiyəli həmkarlarımızla ətraflı müzakirələr apardıq və onları yerlərdə genişmiqyaslı əməliyyatlar keçirməkdən çəkindirməyə çalışdıq. Bu əməliyyat başlasa, zorakılıq təkcə Suriyanın şimal-şərqində deyil, Yaxın Şərqdə də arta bilər. Təbii ki, buna yol vermək olmaz. Ümid edirik ki, arqumentlərimiz Ankara tərəfindən nəzərə alınacaq və mövcud problemin başqa həll yolları tapılacaq”.