8 Dekabr 2022 10:32
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Yasinovataya şəhərində işğalçı qoşunların bölmələrindən birinin döyüş mövqelərinə daşınması zamanı 20-yə yaxın hərbi qulluqçu silahla qaçıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər verdiyi məlumata görə, rus ordusunun komandirləri fərariləri axtarır.

“Ən azı üç nəfər artıq tapılıb və məhv edilib”, - Ukrayna tərəfi iddia edib.

Bu arada işğalçılar Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə ukraynalıları səfərbər etməyi planlaşdırır. Xüsusilə, Melitopol şəhərində hərbi yaşda olan kişilərə yaxın vaxtlarda hərbi komissarlığa gəlmək tələbi ilə çağırış vərəqələrinin verilməsi qeyd olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər