Ukrayna böhranı Rusiya ilə NATO arasında müharibəyə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Amma əminəm ki, biz bundan qaçacağıq”, - alyans rəhbəri bildirib.
Stoltenberq əlavə edib: “Vəziyyət çox ciddidir. Bu, Avropa üçün ölümcül dövrdür. Əgər bir səhv olarsa, durum qorxunc şəkildə dəyişə bilər”.
Kiyevə hərbi yardım göstərilməsinə toxunan NATO baş katibi qeyd edib ki, sülhü yalnız güclü Ukrayna təmin edə bilər.