15 Dekabr 2022 01:13
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 5-dən 11-dək 3,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9,7 mindən çox insan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yoluxmaların sayı əvvəlki yeddi günlə müqayisədə 2 %, ölənlərin sayı isə 10 % artıb.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik məlumat cədvəlinə əsasən, həftə ərzində dünyada 3 326 710 yoluxma halı və 9 782 ölüm halı qeydə alınıb.

Avropada (- 17%) və Cənub-Şərqi Asiyada (- 10%) ölüm halları azalıb. Eyni zamanda, Afrikada 975 % artım qeydə alınıb. ÜST-də bu cür rəqəmlər xüsusən də Cənubi Afrika üzrə statistik məlumatların dəqiqləşdirilməsi ilə izah olunub.


Müəllif: Teleqraf.com