İran rialının məzənnəsi ölkədə ölkə rəhbərliyinə qarşı davam edən kütləvi etirazlar fonunda tarixi minimuma düşüb.
Teleqraf.com “Bloomberq”ə istinadən bildirir ki, valyuta ilə əsas əməliyyatların aparıldığı qara bazarda iki yerli treyderin məlumatına görə, dollar orta hesabla 384 min riala satılır.
Dollar almaq üçün digər səbəb Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya silah tədarükünə görə sanksiyaları, habelə bir neçə edamın həyata keçirilərək iğtişaşların yatırılması cəhdləri olub.
Sentyabrın ortalarından etibarən rial 18 faiz dəyər itirib. Yerli treyderlərdən biri qeyd edib ki, xarici valyutaya tələb artmaqda davam edir, çünki biznes təzyiq altındadır və sanksiyaların ləğvi perspektivi uzaq görünür.
İran valyutası 2018-ci ildən, ABŞ-ın Tehranın şərtlərini yerinə yetirmədiyi səbəbindən nüvə sazişində iştirakdan imtina etdikdən sonra ucuzlaşır. O vaxtdan bəri hakimiyyət valyuta bazarlarını nəzarətdə saxlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Bundan əlavə, dolların və digər xarici valyutaların populyarlığına yüksək inflyasiya və ev təsərrüfatlarının gəlirlərinin azalması təsir göstərir.