ABŞ Senatı ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 858 milyard dollar məbləğində təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.
Qanun layihəsi, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Rusiyaya qarşı yönəlmiş Avropada məhdudlaşdırma təşəbbüsü üçün 6 milyard dollar nəzərdə tutur.
Bundan əlavə, büdcə layihəsində Asiya-Sakit okean regionunda müdafiənin təşkili üçün 11,5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.
2022-ci maliyyə ili üçün müdafiə büdcəsi 778 milyard dollar təşkil edib.