17 Dekabr 2022 22:00
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstan cəmiyyətində və siyasi həyatında qütbləşmənin əsas səbəbkarı respublikanın həbsdə olan keçmiş rəhbəri Mixail Saakaşvilidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, gürcü xalqı qütbləşməyə son qoyulmasını istəyir:

"Əhalimizin arzusu bəllidir: qütbləşməyə son qoymaq istəyirlər. Onlar yeni siyasi qüvvələr, yeni fiqurlar və perspektivlər görmək istəyirlər. İndiki mərhələdə nə iqtidar, nə də müxalifət bu iradəni nümayiş etdirir".

Gürcüstanın dövlət başçısı bildirib ki, ölkənin reputasiyası və sabitliyi, eyni zamanda səhhəti səbəbindən Saakaşvilinin azadlığa buraxılması işi üzrə dekabrın 22-də keçiriləcək məhkəməni gözləmək vacibdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər