İddiaya görə, Rusiya müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda rus ordusunun Ukraynadakı mövqelərinə baş çəkib. Amma məlum olub ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri əslində cəbhə xəttindən onlarla kilometr aralıda olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır.
Kremlin təbliğatçıları Şoyqunun qoşunların yerləşdirildiyi ərazilər üzərindən uçduğunu və rus bölmələrinin ön xətdəki mövqelərini yoxladığını bildiriblər.
“Cəbhə xəttində Rusiya hərbçiləri ilə söhbət edən Sergey Şoyqu döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib”, - rus mediası vurğulayıb.
“GeoConfirmed”ə görə isə əslində Rusiya müdafiə naziri cəbhədən onlarla kilometr aralıda olub. Şoyqunun gəldiyi səngərlər cəbhə xəttindən 75 kilometr aralıda yerləşir. Söhbət Krımın şimal hissəsindən, Armyansk şəhərindən gedir.