21 Dekabr 2022 11:37
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyənin Kosovoya “Bayraktar” pilotsuz uçan aparatları (PUA) satmasını qınayıb.

Teleqraf.com xəbər verir ki, Vuçiç bu qərarın iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib.

“Türklərin Priştinaya “Bayraktar” verəcəyi ilə bağlı yayılan məlumat bizim üçün çətin və pis xəbərdir. Ərdoğana böyük hörmətimiz var, amma bu, münasibətlərimizə mütləq təsir edəcək”, - Serbiya lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər