22 Dekabr 2022 16:53
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsveç və Finlandiya ilə imzalanmış üçtərəfli anlaşma çərçivəsində terrorçuluqla əlaqəli cinayətkarların ekstradisiyası və terrorçuların aktivlərinin dondurulması ilə bağlı konkret gəlişmə yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billströmlə birgə mətbuat konfransı zamanı deyib.

Çavuşoğlunun açıqlamalarından bəzi məqamlar:

“Biz qeyri-mümkün olanı istəmirik. Sizdən (İsveç və Finlandiyadan) terrorizmlə mübarizəmizdə dəstəyinizi istəyirik. Sizinlə (İsveçlə) əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Sizdən müttəfiq olmaq istədiyiniz ölkənin təhlükəsizlik problemlərini anlamağınızı gözləyirik. Atılmalı vacib addımlar var.

Terrorçuluqla əlaqəli cinayətkarların ekstradisiyası və terrorçuların aktivlərinin dondurulması ilə bağlı konkret gəlişmə yoxdur.

İsveç FETÖ üzvləri üçün cazibə mərkəzi olmağa davam edir.

Müdafiə sənayesi şirkətlərimiz (İsveçdən) bəzi məhsulların idxalı ilə bağlı müsbət cavab ala bilməyiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər