Fransada qatar nəzarətçilərinin tətili ölkənin dəmir yolu şirkəti SNCF-ə təxminən 100 milyon avroya başa gələ bilər.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın nəqliyyat naziri Klement Beaune açıqlayıb.
İqtisadiyyat naziri Bruno Le Maire SNCF-ni bu tətilə bir neçə saat ərzində həll tapmağa çağırıb.
SNCF qatar nəzarətçiləri maaşların artırılması və sürücülərə bərabər status tələbi ilə dekabrın 23-26-da tətil edəcəklər.
Fransa Demokratik Əmək Federasiyasının (CFDT) baş katibi Laurent Berger, CFDT-nin qatar nəzarətçilərinin tətilini dəstəkləmədiyini açıqlayıb. Tətil səbəbindən bu həftə sonu çoxsaylı qatar reysləri ləğv edilib.