Almaniya Xarici Kəşfiyyat İdarəsinin (BND) əməkdaşı Karsten L Rusiyaya casusluq ittihamı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Federal Baş Prokurorluqdan verilən dünən saxlanılan Karsten L-nin vətənə xəyanətdə ittiham olunduğu bildirilib.
BND-də çalışan Karsten L-nin 2022-ci ildə əldə etdiyi məlumatları Rusiya kəşfiyyatına çatdırdığı və ötürülən informasiyaların dövlət sirri olduğu açıqlanıb.
Karsten L və başqa bir şəxsin evlərində və iş yerlərində axtarış aparıldığı deyiib. Hər iki şəxsin hakim qarşısına çıxarıldığı və həbs edildiyi bildirilib.