15 Dekabr 2014 22:58
828
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya rublu ABŞ dollarına nisbətdə sürətlə bahalaşmaqda davam edir.

Teleqraf.com-un məlumatına görə, axşam saatlarında Moskva birjasında xarici valyuta bahalaşıb. 1 ABŞ dolları 4,85 rubl bahalaşaraq 63,03 rubla bərabər olub. 1 avro isə axşam saatlarında 78,48 rubla satılıb.

Qeyd edək ki, dünya bazarında qara qızılın sürətlə ucuzlaşması, Ukraynadakı böhran, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar milli valyuta olan rublun dəyərini itirməsinə səbəb olub.


Müəllif:

Oxşar xəbərlər