16 Dekabr 2014 06:03
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran Avstraliyanın Sidney şəhərində İran mənşəli şəxs tərəfindən girovların götürülməsini qətiyyətlə pisləyir.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər idarəsinin nümayəndəsi Mərziyyə Əfham bəyan edib.

“Bu kimi amansız üsullardan istifadə edilməsi və İslam naminə vahimə və təlaşın törədilməsinə heç bir halda haqq qazandırmaq olmaz”, deyə M. Əfham bildirib.

Onun sözlərinə görə, Avstraliyanın hüquq-mühafizə orqanları cinayətkarın psixoloji problemlərindən agah olub. Daha sonra Avstraliyanın baş naziri Toni Ebott məlumatı təsdiqləyərək bildirib ki, Sidneydə kafedə 17 nəfəri girov götürən şəxs bir sıra cinayətlərdə şübhəli bilinib və ruhi xəstəlikdən əziyyət çəkib. Özünü şeyx elan edən Men Haron Monis 1996-ci ildə Avstraliyaya mühacirət edib.

Sidneydə baş vermiş insident nəticəsində, cinayətkar daxil olmaqla 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


Müəllif:

Oxşar xəbərlər