27 Dekabr 2022 10:44
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə Ukrayna arasında sülh danışıqları mümkün deyil. Məsələ budur ki, Rusiya rəsmiləri hətta xırda məsələlərdə belə razılığa gəlməyi bilmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Mark Hertlinq deyib.

General Rusiya rəsmilərinin həmişə yalan danışdıqlarını bildirib:

“Putin iddia edir ki, Kreml “sövdələşmə” ideyasından əl çəkməyib. Amma bütün bunlar yeni tələblərə, yalanlara çevrilə bilər.

Milad bayramı ərəfəsində Putin “danışıqlara hazır olduğunu” deyir. Rusiya hərbçiləri və Müdafiə Nazirliyi ilə danışıqlar aparanda bir dərs aldım: Rusiya rəsmiləri kiçik məsələlərdə belə razılaşmırlar. Gah tələb edirlər, gah yalan danışırlar, gah da razılaşmaqdan imtina edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər