İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı düşərgəsində ən azı 350 azyaşlı var.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatı baş katibinin müavini Valeri Amos bildirib. Onun sözlərinə görə, günü-gündən bu rəqəm artmaqda davam edir.
Amos deyib ki, uşaqlar Rakka şəhərində təlim keçir və döyüşlərə qatılır. Uşaqların əksəriyyətinin 5 yaşdan yuxarı olduğunu qeyd edən BMT rəsmisi bu cür halların qarşısının alınmasının vacibliyini vurğulayıb.
O, İŞİD terrorçularının tutduqları bölgədə uşaqları öldürdüklərini, cinsi zorakılığa və işgəncəyə məruz qoyduqlarını, sağ qalanları isə öz düşərgələrinə apararaq, təlim keçdiklərini diqqətə çatdırıb.
Samir