ABŞ-ın “gender bərabərliyi və demokratiya”nı dəstəkləmək üçün Pakistanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarına 200 milyon dollar yardım edəcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Senatı sözügedən yardım paketini təsdiqləyib.
Senat bu yaxınlarda 2023-cü il üçün ABŞ hökumətini maliyyələşdirməyi nəzərdə tutan 1.7 trilyon dollarlıq büdcə qanun layihəsini qəbul edib.
Büdcə layihəsində Pakistanda “gender bərabərliyi və demokratiya”nın təşviqi üçün ayrılan vəsaitin 200 milyon dollar olması qərara alınıb.
ABŞ-ın sözügedən 200 milyon dolları Pakistanda “gender bərabərliyi və demokratiya”nı təşviq edən qeyri-hökumət təşkilatlarının hesabına köçürməsi gözlənilir.