Yaponiyada baş verən hadisə eşidənləri şoka salıb.
Teleqraf.com xəbər verir ki, 50 yaşlarında bir kişi işə getməmək üçün polisə maraqlı şikayət edib.
Dekabrın 20-də gecə saatlarında Toyonaka şəhərində yaşayan 50 yaşlarında bir kişi polisə zəng edərək onu kürəyindən kiminsə bıçaqladığını deyərək kömək istəyib.
Az sonra hadisə yerinə gələn polis və tibb qrupları kürəyindən bıçaqlanan yaralını xəstəxanaya çatdırıb.
Cinayətə təşəbbüs cəhdi ilə istintaqa başlayan polis texniki müayinə və araşdırmalardan sonra şəxsin hadisə yerində tək olduğunu müəyyən edib.
Səhhəti yaxşılaşdıqdan sonra təkrar dindirilən şəxsin izahatı yenidən alınıb. O, “İşimdən çox sıxıldım. İşə getməmək üçün belə etdim”, deyə ifadə verib.
Yalan xəbər verdiyini etiraf edən şəxs bildirilib ki, bıçağı divara sıxdıqdan sonra kürəyini ora söykəyib.