BMT və Türkiyənin dəstəyi ilə əldə edilən taxıl anlaşması sayəsində Ukrayna limanlarından 15 milyon tondan çox taxıl məhsulları ixrac edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
BMT baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sözügedən təşəbbüsün reallaşmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirən Zelenski kənd təsərrüfatı məhsullarının ehtiyacı olan ölkələrə çatdırılmasına bununla başladıqlarını deyib.
Ukrayna lideri Türkiyə də daxil olmaqla 30 ölkənin bu təşəbbüsü dəstəklədiyini açıqlayıb.