29 Dekabr 2022 17:27
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, görüşdə 23 dekabrda Parisdə bir fransızın hücumundan sonra baş verən zorakılıqlar müzakirə edilib.

Nazir Çavuşoğlu PKK/PYD/YPG dairələrinin hücumu bəhanə edərək Türkiyəyə qarşı başlatdığı qara təbliğatın və fransız siyasətçilərin terrorçu başçının fotoşəkilləri və terror təşkilatının əski parçaları qarşısında görüntülər nümayiş etdirməsinin qəbuledilməz olduğunu həmkarına çatdırıb.

Bildirib ki, belə təbliğat işlərinə yol verilməməlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər