29 Dekabr 2022 21:22
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılaraq raketlə bağlı kəskin etiraz bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

“Bu gün Belarus hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Bu çox ciddi hadisədir. Belarus tərəfi məsələyə ciddi yanaşır. Bununla bağlı Ukraynanın səfiri İqor Kizim bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib. Biz Ukrayna tərəfindən tələb etdik ki, raketin buraxılması ilə bağlı bütün hallar hərtərəfli araşdırılsın, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün. Bu, hər kəs üçün fəlakətli nəticələrə səbəb ola bilər”, - Anatoli Qlaz bildirib.

Daha əvvəl Belarus Müdafiə Nazirliyi dekabrın 29-da səhər saat 10 radələrində ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən hava hədəfinin vurulduğunu bildirmişdi.

Belarus tərəfinin bildirdiyinə görə, yoxlama tədbirləri zamanı ilkin olaraq müəyyən edilib ki, qalıqlar Ukrayna ərazisindən atılan S-300 zenit-raket kompleksinə məxsusdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər