“Hazırkı şəraitdə Rusiya hakimiyyətinə dərin iqtisadi böhran şəraitində “kiçik qələbə" gərəkdir”.
Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada yerləşən Şərqi Avropa Tədqiqatları Mərkəzinin rəhbəri, politoloq Andrey Okara açıqlama verib.
Onun sözlərinə görə, Rusiya siyasi mədəniyyətində hakimiyyətin nüfuzunun artırılmasıüçün aqressiya mühüm vasitə olunur. Bununla yanaşı, ölkənin vacib iqtisadi problemlərindən diqqətin yayındırılması üçün “kiçik qələbə” texnologiyası tez-tez tətbiq edilir.
Politoloq vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin iqtisadi çətinliklərin alovunu soyutmaq üçün Ukraynaya hərbi təcavüz edə bilər: “Onlar əlbəttə ki, bu alovu soyuda bilərlər və nəzəri olaraq, bunu etməyə məcburdurlar. Buna görə də Donbas hövzəsi üçün real təhlükə mövcuddur”.