19 Dekabr 2014 08:29
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da valideyn zorakılığı və səhlənkarlığı səbəbindən 6 il ərzində 786 uşaq ölüb. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press”-in apardığı araşdırma nəticəsində məlum olub.

Qeyd edək ki, ötən gün “Assoşieyted Press”-in saytında jurnalistlərin ABŞ-da uşaqlara qarşı valideyn zorakılığı və səhlənkarlığı barədə məruzə dərc olunub. Jurnalistlər 8 ay ərzində 2008-ci ildən bu vaxtadək açıq mənbələrdə dərc olunmuş müvafiq məlumatları araşdırıblar, sosial xidmətlərə, məhkəmələrə, Səhiyyə və Sosial Təminat Departamentinə, FTB və 50 ştatın hakimiyyət qurumlarına sorğular göndəriblər.

Agentliyin məlumatına görə, ölənlərin əksəriyyətini 4 yaşadək uşaqlar təşkil edib.


Müəllif:

Oxşar xəbərlər