Türkiyənin Zonquldak bölgəsində dostunu və qardaşı arvadını birlikdəgörən gənc onların üstünə hücum çəkib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bir müddətdir ki, gəlinlərinin dostu ilə münasibəti olduğundan şübhələnən gənc onları bazarda gəzərkən görüb. Əlinə keçdiyi dəyənəklə onlara hücum çəkən C.T. (ad şərti verilib) əvvəlcə qardaşı arvadına bir neçə zərbə endirərək onu yerə yıxıb. Daha sonra dostunun qaçaraq mağazaya girdiyini görən oğlan onun ardınca gedib. Burada da əlinə keçirdiyi qayçı ilə onun kürəyinə bir neçə zərbə endirib.
Cinayəti törədən gənc hadisə yerindən uzaqlaşıb. Qayçı ilə yaraladığı dostu dərhal təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb. Qaynı tərəfindən dəyənəklə döyülən qadın isə özünə gəldikdən sonra qaçaraq bazardan çıxıb.
Baş verən hadisə bazardakı mağazaların təhlükəsizlik kameralarına düşüb.
Teleqraf.com həmin görüntüləri sizə təqdim edir:
Uğur