“Rusiya Çinin etirazından sonra nüvə zərbəsi təhdidini dayandırdı”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Çin buna münasibət bildirdikdən sonra sakitləşdilər. Ruslar Çinə itaət edirlər”, - katib bildirib.
Danilov Çinin Ukraynaya qarşı müharibə məsələsində Kremlə təsir edə biləcəyini vurğulayıb:
“Əslində, Qərb nəticə çıxarmasa, Rusiya Çinə tabe olacaq”.
Danilovun fikrincə, Qərb postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) təhlükəsizlik məsələsinin Rusiyanın monopoliyasına keçməsinə göz yummaqla səhv edib.
“Əgər bu gün Rusiyanın nüvə silahlarının ləğvi ilə bağlı gündəm yoxdursa, o zaman Ukrayna və bütün dünya sülh içində yaşaya bilməyəcək. Dəlilərin əlindən kibrit, silah və iti əşyaları almaq lazımdır”, - Ukrayna rəsmisi vurğulayıb”.