31 Dekabr 2022 13:23
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Tehran, Elborz, Qəzvin və Çaharmahal-Bəxtiyari əyalətlərində məktəblərdə əyani tədris dayandırılıb.

Teleqraf.com xəbər verir ki, havanın çirklənməsi ilə bağlı Fövqəladə Hallar Qrupu bu gün paytaxt Tehranda iclas keçirib.

İclasdan sonra havanın çirklənməsi səbəbindən Tehran əyalətinin Perdis, Demavend və Firuzkoh istisna olmaqla bütün şəhərlərində uşaq bağçası, ibtidai, orta və lisey səviyyələrində məktəblərin fəaliyyəti dayandırılıb və təhsilin onlayn aparılmasına qərar verilib.

Orta məktəb şagirdlərinin buraxılış imtahanları proqrama uyğun keçiriləcək və hər hansı dəyişiklik olmayacaq. Elborz əyalət rəhbərliyindən verilən açıqlamada məktəblərin bütün gün bağlı olduğu, dərslərin onlayn keçiriləcəyi, yuxarı sinif şagirdlərinin imtahanlarının keçiriləcəyi bildirilib.

Bildirilib ki, Qəzvin və Çaharmahal-Bəxtiyari əyalətlərinin bəzi şəhərlərində və mərkəzi əyalətin inzibati şəhəri olan Erakda məktəblərin fəaliyyəti dayandırılıb və dərslər distant təhsillə davam etdiriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər