“Qərb Ukraynadan Rusiyanı parçalamaq üçün vasitə kimi istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qərb Rusiyanı parçalamaq üçün Ukraynadan və onun xalqından kinli şəkildə istifadə edir”, - Rusiya lideri bildirib.
Onun sözlərinə görə, Qərb sülh haqqında yalan danışıb, əksinə, təcavüzə hazırlaşıb.
“Rusiyaya qarşı əsl sanksiya müharibəsi elan edildi, onun müəllifləri ölkənin tamamilə məhv olacağını gözləyirdilər, amma bu baş vermədi”, - Putin vurğulayıb.