31 Dekabr 2022 23:28
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak məlumat verib.

Yermak qeyd edib ki, dəyişdirilənlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmutun və mariupolun müdafiəşiləri üstünlük təşkil edir.

Xatırladaq ki, Ukrayna tərəfi indiyədək 1600 vətəndaşını əsirlikdən azad edə bilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər