17 Yanvar 2023 12:50
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu hərbi hissələrə baxış keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Açıqlamaya görə, müdafiə naziri Sergey Şoyqu Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı “Şərq” hərbi hissəsinin qərargahına baxış keçirib:

"Komandan Rüstəm Muradov və hərbi hissələrin komandirlərindən mövcud vəziyyət və döyüş hərəkətləri barədə məlumat alıb. Qoşunların möhkəmləndirilməsi və yerlərdə təhlükəsiz yerləşdirilməsi üçün lazımi şəraitin yaradılması məsələsinə diqqət çəkən Şoyqu səhiyyə məsələsi və cəbhə arxasında aparılan işlərlə də maraqlanıb".


Müəllif: Nemət