Fələstin dövlətinin tanınması üçün çalışacağıq, bölgədə qalıcı həll üçün bütün gücümüzlə işləməliyik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Beynəlxalq ictimaiyyəti, xüsusilə Fələstin dövlətini mühüm siyasi addımlar atmağa səfərbər edə bilməsək, bu, yaşadığımız ən amansız üçüncü Qəzza müharibəsi olacaq və son da olmayacaq. Ona görə də bütün gücümüzlə çalışmalıyıq ki, qalıcı həll yolu tapaq", - nazir bildirib.
Hakan Fidan vurğulayıb ki, İsraillə Fələstin arasındakı qarşıdurma artıq müharibə olmaqdan çıxaraq dünyada zalımlarla günahsızlar arasında mübarizəyə çevrilib.