27 Aprel 09:28
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar, "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaq.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.


Müəllif: Teleqraf.com