23 Yanvar 2023 15:49
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Ordusunun Avropa İttifaqının (Aİ) terrorçular siyahısına daxil edilməsi yalnız üzv ölkələrdən birində məhkəmə qərarından sonra mümkün ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, İran İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına daxil edilməsi ilə bağlı çox maraqlı fikirlər var:

“Amma bu, məhkəmə qərarı olmadan həll edilə bilməz. Deyə bilməzsiniz ki, “sizi bəyənmirəm, ona görə də sizi terrorçu hesab edirəm”. Birincisi, üzv dövlətlərdən birində konkret qınama, hüquqi bəyanat olmalıdır. Sonra Avropa səviyyəsində məsələnin üzərində işləyəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı