Tarixdə ilk dəfə silah alverini tənzimləyən BMT-nin beynəlxalq müqaviləsi qüvvəyə minir. Teleqraf.com-un məlumatına görə, müqaviləni dəstəkləyənlər hesab edirlər ki, bu silahların insan haqlarını pozan və cinayətkarların əlinə düşməsinin qarşısını alacaq.
Lakin müqavilə 130 ölkə tərəfindən imzalansa da hazırda bu ölkələrdən yalnız yarısı onu ratifikasiya edib.
Xatırladaq ki, müqavilə BMT baş assambleyası tərəfindən keçən il qəbul edilib. Qeyd edək ki, qlobal silah bazarının dövriyyəsi 85 milyard dollar təşkil edir.